img

Uşaqlarda iştahsızlıq və çəki azlığının ən təhlükəli səbəbləri

İştahsızlıq uşaqlar arasında tez tez rast gəlinən və valideynlərin ən çox narahatçılığına səbəb olan durumdur.İştahsız uşaqlar bəzən çəkidən geri qalır və bəzəndə valideyn tərəfindən iştahsız hesab edilən uşaq tamamilə normal çəkidə ola bilir.Belə halda iştahsızlığın səbəbini dəqiqliklə araşdırmaq lazımdır.Uşaqlarda iştahsızlıq fizioloji(normal hesab edilən)və patoloji(hər hansı bir xəstəliyə bağlı)olur.
 
Fizioloji iştahsızlıq,məsələn
-Uşaqda dişçıxarma dövründə görülən keçici iştahsızlıq.
-1yaşdan sonra böyümə sürətinin azalmasına bağlı qida tələbatının azalması səbəbilə uşaqlarda normal olaraq iştah əvvəlkindən aşağı olur.
-Əlavə qidaya keçid dövründə yeni dadlara uyğunlaşmaya bağlıda keçici iştahsızlıq olur.

Xəstəliyə bağlı iştahsızlıq:

-Virus infeksiyaları
-Sidik yolu infeksiyaları
-Orta qulaq.burun.boğaz infeksiyaları
-Virus hepatitləri
-Bağırsaq infeksiyaları
-Yuxarı və aşağı tənəffüs yolu infeksiyasi və s.

Bu xəstəliklər zamanı uşaqlarda 1 -2 həftəyə qədər iştahsızlıq ola bilir.Amma uşaqlarda iştahsızlıq 3 həftədən uzun müddət davam edərsə və çəki itirməsi varsa bir sıra xroniki xəstəliklər inkar olunmalıdır.
 
Bunlardan
-Vərəm xəstəliyi
-Mədə bağırsaq xəstəlikləri(Reflyuks xəstəliyi,Qastritlər.Bağırsağın bəzi anadangəlmə xroniki xəstəlikləri)
-Qurd xəstəlikləri
-Parazitar xəstəliklər
-Anemiya(qanazlığı)və qan xəstəlikləri
-Onkoloji xəstəliklər
-Qaraciyər,ürək və xroniki böyrək xəstəlikləri və s.

Beləliklə Əziz Valideynlər övladınızda uzun müddət davam edən iştahsızlıq və çəki azlığı şikayəti varsa bunun səbəbini müəyyənləşdirmək ve əsasında duran ciddi bir xəstəliyin vaxtında diaqnostikası üçün mütləq Pediatra müraciət etmək lazımdır.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img