Doğru bilinən hər şey hər gün dəyişir. Mütəxəssislər artıq bir yaşına qədər körpənizə inək südü verməməyinizi təklif edir. Bir yaşından sonra da inək südü miqdarını məhdud tutmaq lazımdır.
Səbəbi:
-Körpələrin həzm sistemləri bir yaşına qədər tam olaraq inkişaf etmir. Körpələr inək südündəki zülalın həzmində çətinlik çəkir.
-1 yaş əvvəl inək südü vermək, inək südü allergiyasına bağlı bağırsaq qanaxmasına belə səbəb ola bilər və qanazlığı yaradar .
-İnək südü tərkibindəki kazein zülalı yüksək allergendir və körpədə allergik xəstəliklər riskini artırır.
-İnək südündə natrium, kalium kimi maddələr çox var. Bunlar körpələrin qaraciyərini yora bilər.
-İnək südü dəmir, E vitamini, sink kimi körpələrin böyüməsində çox əhəmiyyətli olan vitamin və minerallar baxımından çox zəifdir. Bir körpəyə bir yaşından əvvəl inək südü vermək dəmir azlığına səbəb ola bilir.
-Körpəniz bir yaşına gəldikdən sonra etibarla süd verə bilərsiniz. Kalsium, kalium və A vitamininin əhəmiyyətli bir qaynağı olan süd, uşağınızın sümük və diş inkişafında əhəmiyyətli rol oynayacaq.