Bal son dərəcə təbii və bəsləyici bir qida olmasına baxmayaraq körpəniz 12 aylığına gələnə qədər ona bal verməməkdə fayda var. Balın içində Clostridium botulinum adlı bakteriya növü var. Bu da kiçik yaşdakı körpələrdə "botulizm" adlı bir növ qida zəhərlənməsinə səbəb ola bilər. Hətta bu zəhərlənmə bəzi zamanlarda öldürücü həddə gələ bilər.
Bir yaşından kiçik körpələrə içində bal olan məhsulları vermək olarmı?
Bəzi şirinlər və xəmir məhsullarının içində bal olur. Bu məhsulları da körpənizə verməyin. Əvvəllər körpələr ağladıqda əmzikləri bala batırıb verilirmiş, deyirlər. Siz siz olun, sizə bu metoddan tövsiyə edən olursa "xeyr" deyin.