1 yaşını doldurana qədər körpənizin əlavə duza ehtiyacı yoxdur. 6 aya qədər körpələr ana südündən alması lazım olan duzu alırlar, 6 ayı keçib qatı qidalara başlayan körpələr üçün isə yedikləri qidaların içindəki duz miqdarı kafi olacaq. Bunun xaricində kiçik körpələrinizin yeməyinə əlavə edəcəyiniz duz faydadan çox zərəri olar. Körpəniz yeməkdə çətinlik çəkirsə və siz də duz əlavə edərək bu problemi aradan qaldıra biləcəyinizi düşünürsünüzsə yanılırsınız. Dadı çox duzsuz gəlsə belə körpəniz o qidanın daha duzlu şəklini bilmədiyi üçün, onu olduğu kimi qəbul etməsi lazımdır.
Unutmayın ki, alması lazım olandan daha çox duz edən körpələrdə böyrək problemləri və yüksək qan təzyiqi kimi problemlər ortaya çıxa bilər.