Xəstə uşaq iştahsız olur. Bu dövrdə xüsusilə zülalla zəngin bəslənməsi lazımdır. Bir gündə yeməyi 3 dəfə vermək ona yetər. Çünki onsuz da, daha çoxunu yeməyəcək. Ara qidalanmaları qaldırıb, bir az ac buraxıb əsas qidalanmasında daha yaxşı yeməsini üstünlük etmək lazımdır.
Səhər yeməyi:
Yumurta birə- bir zülaldır və səhər yeməyi üçün idealdır. Tərə yağında ya da zeytun yağında bişmək şərti ilə. Ya da qaynadılmış olaraq verməyi seçim edin.
Günorta yeməyi:
Yenə zülal tərkibli yeməklərə üstünlük verin. Toyuq verəcəksinizsə orqanik üstünlük edin. Qoyun və quzu ətini seçməkdə fayda var, daha sağlam.2 yaşındakı bir uşaq 2 küftə yesə ona kafi ola bilər, zülal olaraq. Balığın bir çox fərqli növünü verə bilərsiniz. Zülal tərkibli yemək verdikdən sonra sıra karbonhidrata gəlməlidir. Yarma plovu ən keyfiyyətli karbohidrat qaynaqlarından biridir. Bir uşaq plov da yeməli, makaron da yeməlidir. Çünki böyüyərkən enerjiyə ehtiyacı var. Çox hərəkətli bir uşağın hər gün yağla, makaron yeməsində qorxu yoxdur.
Axşam yeməyi:
Karbohidrat ağırlıqlı olmalıdır. Çünki uşaq bütün gecəni ac keçirir. Karbohidratlarla zəngin yeməklər onu tox tutacaq. Karbohidrat mümkün qədər çörəkdən deyil tam taxıllar kimi keyfiyyətli karbohidratlardan almasına diqqət göstərmək lazımdır.