Tərkibi:
Yarım çay stəkanı incə yarma, 1 çay stəkanı yaşıl mərcimək, 1 çay qaşığı tam taxıl unu, 1 çay qaşığı zeytunyağı, 1 yemək qaşığı tulum pendiri.
Hazırlanması:
Yaşıl mərciməyi qaynadırıq. Qaynadıldıqdan sonra yarmanı əlavə edirik. Birazda elə qaynayır. Şorba konsistensiyasında, sulu olacaq. Yarma yumşaldıqca bir stəkanda soyuq suyla unu qarışdırıb qaynayan şorbamızın içərisinə əlavə edirik. Qaynayana qədər qarışdırırıq, konsistensiya sahəyə qədər qaynadırıq. Bişdikdən sonra yağ və istəyə görə pendiri əlavə edib bir az saxlayıb, sonra yedizdiririk...