Çox valideynlər yanlış olaraq övladını gecə saatlarında qidalandırma ilə,bilməyərəkdən onlara zərər verirlər.Nəzərinizə çatdırım ki,yalnız ilk 6 ayda ana südü ilə qidalanan uşaqlar gecə qidalandırıla bilərlər.Amma ilk 6 ay süni qida ilə qidalanan və 6 ayından sonra bütün körpələri gecə qidalandırmaq olmaz.Bu həm onların sağlamlığına zərərdir,həm də normal yuxu rejiminin formalaşmasına mane olaraq ,uşağın sinir-psixi və fiziki inkişafına mənfi təsir göstərir.Gecə qidalandırılan uşaqlar gələcəkdə ürək qan damar sistemi xəstəlikləri,diabet,sinir sistemi funksional xəstəlikləri,mədə bağırsaq sistemi xəstəlikləri,diş çürümələri-karies,təkrarlana qulaq infeksiyaları riski daşıyırlar.Odur ki inkişaf edən orqanizm üçün düzgün qida və yuxu rejiminin qurulmasının əhəmiyyəti çox böyükdür.
Körpənin gecə saatlarında oyanmasının səbəbi hər zaman aclıq deyildir:
-Otaq çox isti və ya soyuq olduğundan.
-altını islatmış olduğundan.
-qaz-köp sancısından.
-aşırı qidalandırılmış olduğundan.
-pis yuxu gördüyündən.qorxduğundan və s.
Səbəbini bilmədən hər oyandığında onu qidalandırarsanız,yuxu ilə qida arasında yanlış əlaqə qurar və yanlış yuxu alışqanlığı yaratmış olacaqsınız.
Uşağı normal rejimə salmaq bir neçə günün çətinliyidir. Bu çətinliyin öhdəsindən səbrlə gəlməyi bacarsanız digər bütün çətinlikləri arxada qoymuş olacaqsınız.Gecə qidalandırmaqla həm özünüzün həm də körpənizin sağlığını təhlükə altında qoymayın.Sağlam olun!