img

Dəmirlə zəngin bu qidaları mütləq övladınıza yedirin

Uşaqlarda Dəmir defisitli anemiyanın profilaktikası üçün 6 ayından etibarən əlavə qidalanmaya başlamaq lazımdır.Uşaq qida rasionunda dəmirlə zəngin heyvani və bitki tərkibli yeyəcəklər mütləq olmalıdır.Heyvani qidaların tərkibindəki dəmir hem formasında olduğu üçün daha asan mənimsənilir.Dəmirlə zəngin qidalar:

-Qırmızı ət
-Toyuq və dana qaraciyəri
-Toyuq və balıq əti
-Yumurta
-Üzüm
-Bəhməz
-Quru paxlalılar-lobya,soya,mərci
-Quru ərik
-Quru kişmiş
-Quru tut
-Yaşıl yarpaqlı tərəvəzlər-ispanaq,cəfəri
-Fındıq,fıstıq,badam
-tahin bəhməzi,tahin halvası və s.

Qida ilə alınan dəmirin mənimsənilməsini pisləşdirən yeyəcəklər:


-Süd,qatıq,ayran,smetan(Calsiumla zəngin qidaları dəmirlə zəngin qidalarla eyni vaxtda qəbul etmək).
-Çay,kofe.
Uşaqlara çay vermək qətiyyən məsləhət deyildir.Bu yeyəcəklərin əvəzinə uşaq qida rasionunda dəmirin mənimsənilməsini daha da yaxşılaşdıran C vitamini ilə zəngin qidaların olması məsləhətdir.Alma şirəsi,Portağal şirəsi, və s yeməkdən sonra uşağa verilən çayı əvəz edərsə, daha sağlam qidalanma ilə sağlam körpə böyütmüş olarıq. Sağlam olun !


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img