İmmun sisteminizi gücləndirən və qoruyan yararlı bakteriyaları vücudunuzda çoxaldın!!!
Bunlar nədir? TƏBİİ PROBİOTİKLƏR!!
Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir! Bu səbəbdən günlük qida rasionunuzda bağırsaq florasını normallaşdıran təbii probiotik bakteriyaları ilə zəngin qidalar mütləq yer almalıdır.
Tərkibində təbii probiotik olan əsas 2 qida, evdə hazırlanan qatıq və kefirdir.Qatıq və kefirin tərkibindəki Lactobacillus bulgaris və Streptococcus thermophilus bakteriyaları sayəsində bağırsaq florası düzənli çalışır və immun sistemini qaydasına salır.Bəzi durumlarda, tez- tez xəstələnməyə bağlı antibiotik istifadəsindən sonra, stress faktoru, balanslı qidalanmama, zərərli qida vərdişləri varsa bu qidalarla alınan yararlı bakteriyalar yetərli olmaya bilər və immun sistem zəifləyə bilər. Bu durumlarda, əsasən də ardıcıl antibiotik istifadəsindən sonra Analar qatığı mayalandırarkən qatığa probiotik əlavə edərək qatıqda olan faydalı bakteriyaların sayını artıra və daha sağlan bağırsaq florasının yaranmasına kömək edə bilər.
Yeri gəlmişkən mütləq vurğulamalıyam ki, dərman, preparat şəklində alınan probiotiklər eyni faydanı vermədiyi üçün, mümkün qədər probiotikləri təbii şəkildə qəbul edib, övladınıza da təbii formada verməyə çalışmalısınız. Bu səbəbdəndir ki, təyin olunan hər antibiotikin yanında uşaqlara profilaktik olaraq dərman formasında probiotik təyin etmirik. İstisna hal olaraq, qastroenteritlərdə ( qusma, ishal) simptomların davametmə müddətini qısaltdığına görə təyin edirik. Sağlam qidalanın, Sağlam olun!