9 aylıqdan etibarən körpələrə “barmaq qidaları” dediyimiz qidaların verilməsi onların incə motor inkişafına, qidalanma prosesinin yaxşı dərk edilməsinə,iştahsızlığın önlənməsinə, yeməkdən zövq alaraq yeməyə alışmasına,çeynəmə, diş, damaq aparatının yaxşı inkişaf etməsinə, reflyuks, qusma, ögümə, yeməyi saatlarla ağızda saxlama probleminin önlənməsinə kömək edir
“Barmaq qidaları” yumşaq, kiçik parçalar şəklində və asan udula bilən olmalıdır. Körpəyə meyvələri qətiyyən qabıqlı, tumlu, bütöv halda, çərəzləri isə üyüdülməmiş verməyin.
Qidalanma prosesində körpələri qətiyyən yalnız buraxmayın!!!
“Barmaq qidaları” bunlardır;
- Buxarda yaxşı bişmiş tərəvəz dilimləri
- Yaxşı yetişmiş yumşaq meyvələr.(qabıqsız)
-Kök dilimi, banan dilimi, yumşaq alma dilimi,mövsümündə tumsuz qarpız, yemiş dilimi.
-yaxşı bişmiş makaron, yumurta, yumrulanmış ət köftələri,yumrulanmış tərəvəz püresi topları, yumşaq kartof dilimləri, xırdalanmış və liflərə ayrılmış ət
- Evdə bişmiş, tam buğda unundan və meyvə püresi ilə dadlandırılmış bişmələr.