6 aylıq körpə menyusu:
Məcbur və bəzi istisna hallar xaric mümkün olduğu qədər körpənizi ana südü ilə qidalandırmağa çalışmalısınız. (Yeri gəlmişkən "Ana südünün əkilməsi" nəticəsində çıxmış "mikroblar" süd verməyə əks gösteriş yaratmır) Ana südü ilə qidalanan körpələrin ilk 6 ay əlavə qidalanmaya ehtiyacı qalmır. Ana südü və süni qida qəbul edən uşaqlarda da həmçinin məcbur qalmadığı müddətcə ( Uşaq "smesdən" imtina edirsə və ya ana südü yetərli gəlmir, uşaq çəki almırsa 4- 5 ayında əlavə qida başlanıla bilər) əlavə qidalanmaya tələsməməlisiniz. Həmçinin,əlavə qida qəbulunu 6 ayından sonra gecikdirmək də qətiyyən olmaz. Çünki, ana südü körpənin qidalı maddələrə və kaloriyə olan tələbatını yalnız ilk 6 ay qarşılaya bilər. Ondan sonra isə əlavə qida şərtdir. Bəs 6 ayımızı tamamladıqdan sonra əlavə qidaya necə keçək?
-Alışdırma üsulu ilə ilk başlanacaq əlavə qida meyvə (alma və ya mövsümə görə şaftalı)və ya tərəvəz püresi (kartof, kök, kartof qəbizlik verən uşaqlar balqabaq) taxıllardır ( düyü,qarabaşaq,düyünün qəbizlik verdiyi uşaqlar bulgur) və evdə hazırlanmış suyu süzülmüş qatıqdır. İlk meyvələrdən başlayan bəzi uşaqlar tərəvəzləri çətin qəbul etdikləri üçün, ilk tərəvəzlərdən başlamanız daha uyğun olar.
-Başladığımız hər əlavə qidanın təsirini ən az 3 gün gözləyək və tək komponentli əlavə qida verək (Diqqət etməyimiz gərəkən nüanslar,uşaqda səpgi,qusma,ishal,qəbizlik olsa bu qidanı durdurub ən az 2 həftə sonra yenidən sınamaq olar)
-Püreləri buxarda bişirmək, meyvələri ayna və ya taxta süzgəcdən keçirməli, blendrla qida liflərini məhv etmək və uşaqda çeynəmə funksiyasının inkişafını ləngitmək qətiyyən məsləhət deyil.
-Bütün növ meyvə və ya tərəvəz püreləri, qatıq, taxıllı, sıyıqlar evdə hazırlanmalıdır, mövsüminə uyğun, organik qidalar seçilməlidir
-Taxıllı sıyıqların hazırlanmasında inək və ya keçi südündən istifadə edilməməlidir(1 yaşa qədər heyvani südlər qadağandlr). Hazırlanmış sıyıq kənarda soyuduqdan sonra 2-3 qaşıq "smes"lə və ya ana südü ilə südləndirilə bilər.
-1 yaşa qədər körpələrin əlavə qidasına duz və ya şəkər əlavə etmək məsləhət deyildir. Dadlandırmaq üçün zeytun yağı,düyü və ya bulgur əlavə etmək olar.
-1 yaşa qədər tövsiyyə edilməyən əlavə qidalar-badımcan, paxlalılar, yumurtanın ağı, çərəzlər,bal, mürəbbə(konserv qidalar) -Qida porsiyaları 1 neçə gün ərzində yavaş yavaş artırmaqla verilməli
-7 ayına gəlmiş uşaq qida rasionunda artıq meyvə,tərəvəz püresi,taxıllı sıyıqlar,süzülmüş qatıq,yumurta sarısı 1/3 hissəsi,həftədə 2 dəfə olmaqla tam porsiya olmuş olmalıdır. Əlavə qidalanmaya başlamış uşaqda baş vermiş hər hansı bir qida reaksiyasını pediatrınıza mütləq bildirməlisiniz.
Xülasə, 6 aylıq uşağın yeyə biləcəyi qidalar: Kartof, kök, gül kələmi, balqabaq, brokoli, "kabaçki" (hər biri 3 gün təsirini gözləməklə az- az alışdırılaraq rasiona əlavə edilməlidir)alma, banan və digər mövsümi meyvələr, taxıllı sıyıqlar düyü, qarabaşaq, buğda,herkules, mannı,süzülmüş qatıq, tədricən duzsuz pendir, kəsmik, şəkərsiz peçenye, yumurta sarısı..
7 aylıq uşaq menyusu:
Əlavə qida başladıqdan sonra uşağa su vermək lazımdır. 7 aylıq körpə 4 saatdan bir, gündə 5 dəfə olmaqla,gün ərzində 2 öyün (istisna hallarda 3- də ola bilər) əlavə qida ilə tam doyuzdurulmalıdır. Rasionda mövsümə uyğun meyvələr( armud,alma,ərik,şaftalı,gavalı,banan və s), tərəvəzlər (kök,kartof,kələm,gül kələmi,balqabaq,yunan qabağı,brokoli,bibər və.s) yumurta sarısı,(həftədə 2-3 dəfə,1/3 hissə)süd məhsulları( kəsmik,süzmə,südlü sıyıqlar- düyülü,qerkulesli,qarabaşaqlı və s) ət və ət məhsulları ( mal əti) və s.
Örnək menyu:
6.00 Ana südü ilə tam doyuzdurmaq və ya 180-210 ml suni qida qarışığı(smes)
10.00 Sıyıq müxtəlif çeşitli(taxıllı,qreçka,düyü,yulaf)+ meyvə püresi
14.00 Tərəvəz püresi(Ət suyunda+suxari+yumurta sarısı 1\2)
18.00 Ana südü ilə tam doyuzdurmaq və ya 180-210 ml suni qida qarışığı(smes)
22.00 Ana südü ilə tam doyuzdurmaq və ya 180-210 ml suni qida qarışığı(smes)
8 aylıq körpə menyusu:
8 aylıq körpə 4 saatdan bir,gündə 5 dəfə olmaqla,gün ərzində 2 öyün (istisna hallarda 3- də ola bilər) əlavə qida ilə tam doyuzdurulmalıdır.Rasionda mövsümə uyğun meyvələr( armud,alma,ərik,şaftalı,gavalı,banan və s), tərəvəzlər (kök,kartof,kələm,gül kələmi,balqabaq,yunan qabağı,brokoli,bibər və.s) yumurta sarısı,(həftədə 2-3 dəfə,1/3 hissə)süd məhsulları( kəsmik,süzmə,südlü sıyıqlar- düyülü,qerkulesli,qarabaşaqlı və s) ət və ət məhsulları ( mal əti,toyuq əti,balıq əti),yağlar(kərə yağı,zeytun yağı) və s.ola bilər.
Örnək menyu: 06¬¬¬¬.00 180 -210 ml ana südü və ya suni qida qarışığı 10.00 Sıyıq ( düyü,qreçka,qerkules,taxıllı)+meyvə püresi14.00
1) buxarda bişirilmiş toyuq əti+ kartof+kök püresi ilə + tərəvəz püresinə yumurta sarisi 1\2
2) gül kələmi+ yunan qabağından püre 150 qr+ buğda bişmiş ət kotleti
3) bol vitaminli terevez supu qiyme et ilə
4) borş
5) küfte tərəvəzli 18.00 Ana südü ilə tam doyuzdurmaq və ya 180 ml süni qida qarışığı 22.00 Ana südü ilə tam doyuzdurmaq və ya 180 ml süni qida qarışığı.
6-8 ay körpələr üçün ana öyün menyuları:
Qatıq şorbası
Tərkibi:
1 xörək qaşığı düyü
1 stəkan su
3 xörək qaşığı ev qatığı
1 çay qaşığı tam qarğıdalı unu
1 çay qaşığı tam buğda unu
1 çay qaşığı nanə
1 çay qaşığı zeytun yağı
Hazırlanışı:
Düyünü ayrıca suda bişiririk.Başqa bir qabda qarğıdalı,buğda unları ilə qatığı qarışdırırıq.Düyü bişdikdən sonra,düyünün suyundan 4 xörək qaşığı qatıqla qarışığa əlavə edib qarışdırırıq. Sonra bu qarışığı düyünün olduğu qazana əlavə edib, zeytun yağı ilə birlikdə 5 dəq. daha bişiririk.Ardından nanə də əlavə edib körpəmizə yediririk.
İlk şorbam
Tərkibi:
Yarım kök
Yarım kartof
1 xörək qaşığı mannı
1 çay qaşığı zeytun yağı
Hazırlanışı:
Kartof və kök suda bişirilir, bişənə yaxın mannı əlavə edilir və 3-4 dəq.yenə bişirilir. Çəngəllə əzilib körpəyə verilir.
Ana südü ilə təzə qabaq şorbası
Tərkibi:
1 ədəd kiçik yunan qabağı ( kabacki)
1 ədəd kök 5-6 sap cəfər
i1 stəkan su100 ml ana südü və ya əvəzedicisi
1 desert qaşığı zeytun yağı
Hazırlanışı:
Suda qabaq və kökü süzgəcdən keçirib bişiririk.Yumşalınca içinə cəfərini xırda doğrayıb əlavə edirik. Soyuduqdan sonra südü və zeytun yağını əlavə edib qarışdırırıq, süzüb körpəyə yediririk.Armudlu,mannılı umacTərkibi:1 armud1 stəkan su (1 yaş yuxarı süd)2 xörək qaşığı mannı 2 ədəd evdə bişmiş körpə peçenyesi 2 ölçü qaşığı "smes"
Hazırlanışı:
Su (süd) ilə mannını suda bişiririk, ılıqlayınca içinə peçenyeni ovxalıyırıq, armudu rəndələyib üstünə əlavə edib körpəyə yediririk. Suda bişirdikdən sonra ılıqlayınca üzərinə "smes" əlavə edib körpəyə yediririk.
Tərəvəz şorbası
Tərkibi:
1 ədəd kök
1 ədəd kartof
3 stək su
3 dolu xörək qaşığı südlü pirinc unu qarışığı1 xörək qaşığı maye yağ
Hazırlanışı:
Əvvəlcə kök və kartofu xırda xırda doğrayıb suda pöhtələyirik. Digər tərəfdə də pirinc ununu bişiririk. Tərəvəzləri çəngəllə əzib püre halına salırıq. Sonra bişən düyü unu ilə tərəvəzləri qarışdırıb bitki yağını əlavə edirik.
Mannılı körpə şorbası
Tərkibi:
1 stəkan su
1 desert qaşığı mannı
Balqabaq və kök
1 çimdik duz
Hazırlanışı:
Soyuq su,mannı və tərəvəzləri suda birlikdə bişirib axırda 1 çimdik duzu əlavə edirik və yemək hazır sayılır.
Şüyüdlü körpə omleti (6+)
Tərkibi:
1 yumurta sarısı
1 xörək qaşığı yogurt
Təmizlənmiş və dogranmış şüyüd
1 xörək qaşığı un
1 desert qaşığı zeytun yağı
Hazırlanışı:
Sadalananların hamısını birlikdə çalıb,zeytun yağında bişiririk.
Balqabaqlı körpə şorbası (6+)
Tərkibi:İncə bir dilim balqabağı
1 kiçik kartof
1 xörək qaş zeytun yağı
1 xörək qaşığı düyü unu
Hazırlanışı: Tərəvəzləri xırda xırda doğrayıb (nə qədər xırda olsa o qədər tez bişəcək ki,bizə tez bişməsi lazımdır ki,vitaminləri ölməsin)2 barmaq üzünü keçəcək qədər su töküb bişməyə qoyuruq.Tərəvəzlər yumşalınca düyü ununu əlavə edib 4 dəq.daha qaynadırıq.Ən son zeytun yağımızı da töküb qarışdırırıq.Yemək hazır olur.
Balqabaq şorbası
Tərkibi:
-1 porsiyalıq bişmiş balqabaq
-1 kök
-1 çay qaşığı mannı
-1 çay qaşığı zeytun yağı
-1.5 stəkan su
Hazırlanması:
Tərəvəzləri yuyub doğrayaraq 1.5 stəkan suda bişməyə qoyuruq.Bişənə yaxın mannını və zeytun yağını əlavə edib, birdə qaynadırıq.
Tərkibi:
1 çay qaşığı dolu buğda unu
1 çay qaşığı dolu düyü unu
1 xörək qaşığı qara düyü
2 ölçü qaşığı süni qida qarışığı (smes)1\2 çay qaşığı darçın
Hazırlanışı:
Qara düyü qabda bişirilir.Başqa bir qabda unlar da su ilə bişirilir,umac alınır.Umac ilıqlandıqda smes əlavə edilib qarışdırılır.Ardından bişmiş düyü və darçın umaca əlavə edilib,qarışdırlır.
Qıymalı noxud şorbası(7+)
Tərkibi:
Bir kiçik kasa noxud
Bir qırmızı bibər
Bir xörək qaşığı çəkilmiş ət
Bir xörək qaşığı düyü
Hazırlanışı:
Noxud (suda isladılıb qabığı təmizlənmiş), doğranmış qırmızı bibər və qıymalı ət bir qaba qoyulur üzərinə iki barmaq keçəcək qədər su əlavə olunur, ocağa alınır qaynadıqdan sora düyü əlavə olunur cəmi 40 dəyqə bişirilir. Çəngəllə əzilib püre halına salınıb körpələrə verilir ən son üzərinə istəsəniz bir çay qaşığı zeytun yağı əlavə edə bilərsiniz.
Düyülü tərəvəz şorbası(6+)
Tərkibi:
Bir kiçik kartof
Bir kiçik kök
Balqabaq
Bir ovuc düyü
Bir xörək qaşığı zeytun yağı
Hazırlanması:
Tərəvəzləri doğrayıb düyünü də əlavə edib üstünə iki barmaq keçəcək qədər su töküb bişirib çəngəllə əzib, üzərinə zeytun yağı əlavə edib, körpəyə verə bilərsiniz.
Yaşıl mərcimək şorbası(7+)
Tərkibi:
3 xörək qaşığı yaşıl mərcimək
3 xörək qaşığı bulgur
3 xörək qaşığı qatıq
1 xörək qaşığı un
Bir çay qaşığı nanəHazırlanması:
Mərciməkləri 10 dəq bişirdikdən sora suyunu süzüb qazana tökürük və bulgur əlavə edib 5 dəq birlikdə qaynadırıq. Sonra bir qabda qatıq və unu çalırıq üzərinə nanə də əlavə edib şorbanın içinə tökürük birlikdə birazda qaynadıqdan sora yemək hazırdır.
Kök,kartof şorbası(6+)
Tərkibi:
1 ədəd kök
1 ədəd kartof
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı mannı
Hazırlanması:
Kartof kök birlikdə bişirilir,bişənə yaxın mannı və zeytun yağı əlavə edilir,çəngəllə əzilib körpələrə verilir.
Nuş olsun...