Tərkibi:
5 çay stəkanı un
125 qr kərə yağı
1 yumurta
1/2 çay stəkanı süd (yerinə qatıq da istifadə edə bilərsiniz)
1 çay stəkanı meyvə pürəsi.
1 su stəkanı çəkilmiş qoz-fındıq qarışığı
1 çay qaşığı soda
1 çay qaşığı ucuyla vanil tozu
Hazırlanması:
Əvvəl una soda atıb qarışdırın, sonra kərə yağını əlavə edib yaxşıca yedirin una. Daha sonra yumurta, süd və vanil əlavə edib yaxşıca qarışdırın. Ən son meyvə pürəsini və qoz-fındıq qarışığını da əlavə edib, xəmiri gözəlcə qarışdırın ki, pürə və qoz- fındıq hər tərəfə yayılsın. Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb bir az yastılaştırıb yağlı kağız qaba düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 30 dəqiqəyə qədər bişirin. Arada nəzarət edin, çox bişib qurumasınlar. Təxminən 28-30 ədəd peçenye çıxır.