Qablar tez bitsin deyə uşaqlara yemək yarışı etdirmək, sürətli yemək yeyən uşağı mükafatlandırmaq yaxşı fikir deyil.
Bu vəziyyət uşaqlara səhv və sağlam olmayan bəslənmə davranışı öyrədəcək, bir tərəfdən də az çeynəmədən qaynaqlı həzm problemlərinə səbəb olacaq. Bir çox uşaqda TV-yə, passiv kompüter oyunlarına düşkünlük, idmana və fəaliyyətə qarşı istəksizlik irəli səviyyələrdədir. TV reklamları uşaqların normalda ağılına gəlməyəcək şirin qidalar tələb etməyə başlamalarına da səbəb olur.
Reklam izləyən uşaqlar, izləməyənlərə görə daha çox şəkərli qida və qida dəyəri aşağı qidalar istəyirlər.