-Qızılca xəstəliyində nə edə bilərik?
-Qızılca xəstəsi olan uşağı hansı halda xəstəxanada yatırmalıyıq?
Bu gün, 24 saat ərzində məsuliyyət hiss edib, narahat olub durmadan zəng edən, yazan valideynlərin ən çox ünvanladığı suallara burda ətraflı yenə cavab verəcəm.
-Qızılca peyvəndi hazırda heç bir özəl klinikada yoxdur. Ancaq dövlət poliklinikalarında var və orda vurdura bilərsiniz.
-Uşağa hər yaşda qızılca peyvəndi vurdurmaq olar, geciksə belə.
-Tam qoruma üçün 2 doza peyvənd şərtdir. 1 doza alıbsa, ikincini tamamlayın.
-Övladınız qızılca xəstəsi ilə təmas olubsa, peyvəndsizdirsə ilk 72 saat mütləq ona peyvənd vurdurun.
-Qızılca peyvəndinin yan təsiri, yüngül qızdırma ola bilər. Yan təsir, xəstəliyin özündən əsla ağır deyil.
-Qızılca peyvəndi canlı peyvənd olduğu üçün uşaq peyvənd zamanı tam sağlam olmalıdır.
-Niyə israrla PEYVƏND deyirik? Çünki, bu xəstəlik qarşısında qoruma üçün ikinci bir alternativimiz yoxdur.