Orqanizmin ən mükəmməl müdafiə funksiyasıdır !!! Fərqli üsullarla öskürəyi kəsməyə çalışmaq deyil, əksinə uşağa bol maye verərək, bəlğəmini öskürərək çıxarmasına yardımcı olmaq lazımdır. Odur ki, həkimlə məsləhətləşmədən öskürək kəsən siropların istifadəsi bəlğəmin xaricə deyil, aşağı tənəffüs yollarına düşməsinə və uşağın ağırlaşmasına səbəb ola bilər. Öskürəyi kəsmək deyil, səbəbə yönəlik müalicə aparmaq lazımdır. Kobud molekulalı bəlğəmgətirici siroplar isə körpə bronx selikli qişasının kirpikli epitel quruluşunu pozaraq, zədələnməsinə və uşağın tez tez tənəffüs yolu xəstəliklərinə yoluxmasına şərait yaradır. Yüngül bitkisəl siropların təsiri zəif olsa da, heç cürə inhalyasiyada durmayan uşaqlara bəzən məcburən təyin etsək də, müalicə effektliyi sübuta yetirilməmiş dərmanlar olduğu üçün yüngül hallardan başqa çox da effektli olmur. Əsas müalicə səbəbə yönəlik olmalıdır və ətraflı videoda izah etdiklərimə də diqqət etməlisiz.
Haşiyə çıxım ki öskürəkəleyhinə olan siropları göy öskürək tutmalarını yüngülləşdirmək, boğulmaları azaltmaq üçün verə bilərik. Onu da mütləq həkim təyin etdiyi doza və qaydada istifadə edilməsi şərtilə. Pediatrla məsləhətsiz uşaqlara heç bir dərman vasitəsi, xüsusən də öskürək siropları verməyin.