Əsasən 5-12 yaş uşaqlarda angina sonrası bir sıra ciddi agırlaşmalar görülə bilər. Bunlardan Kəskin Revmatik qızdırma, Kəskin Glomerulonefrit örnək vermək olar. Angina, Faringit keçirmiş uşaqlarda 7-10 gün sonra, piodermiya, impetigo keçirmiş uşaqlarda 3-6 həftə sonra Glomerulonefrit əmələ gələ bilər. Bu infeksiyalardan sonra uşaqda Hematuriya (sidikdə qan), sidiyin ət suyu rəngində olması, proteinuriya (sidikdə zülal olması), ödem (şişkinlik) hipertenziya (qan təzyiqinin yüksəlməsi).
Şikayətlər: tez-tez sidiyə getmə, beldə ağrı, qarında ağrı, ürəkbulanma, qusma, təngnəfəslik kimi əlamətlər varsa mütləq həkimə bildirməli, uşaq ətraflı müayinədən keçirilməlidir.Tez -tez angina keçirən uşaqları (1 ildə 7 dəfədən çox, 2 il ard- arda ildə 5 dəfədən çox, 3 il ard- arda ildə 3 dəfədən çox) mütləq QBB (lor)həkimi nəzarətində olmalı,ağırlaşmaların qarşısını almaq üçün göstəriş varsa tonzilektomiya əməliyyatı edilməlidir. Angina zamanı boğazı müxtəlif məhlullarla silmək,sıxmaq,yumaq qəti qadağandır. Uşaqda Angina olduğunu düşünürsünüzsə kor- koranə antibiotik başlamaq olmaz, (Angina bənzər əlamətlər müxtəlif viruslarda da ola bilər) Glomerulonefrit müalicə olunan xəstəliklərdir. Müalicənin gecikdirilməsi ürək çatmazlığı,sinir sistemi ağırlaşmaları,korluq,kəskin böyrək çatmazlığı kimi ağırlaşmalara səbəb ola bilər.