Məktəbə başlayan uşaqların sevindikləri qədər,məyus olmamaları üçün,il ərzində onların aşırı zehni yüklənmələrinə yol verməməyə çalışılmalıdır.
Məktəbə gedən uşağı əlavə bir neçə fənn hazırlığına və ya digər bir neçə özfəaliyyət kurslarına göndərmək, onları ancaq yormaq və məktəbdən,oxumaqdan,təhsildən diksindirməkdən başqa bir fayda verməyəcəkdir.Yorğun beyinlə dərsdən çıxıb əlavə bir neçə kursa gedən uşağın beyni heç bir informasiyanı alqılamaz.Özünüzü aldatmayın.
Psixoloqların məsləhətinə görə,uşaq dərsdən başqa yalnız 1 fəaliyyət növü ilə məşğul ola bilər.O da həvəsi varsa.
Məktəb sinif otaqları mümkün qədər tez tez havalandırılmalıdır.Eşitdiyim qədər 1 sinifə 42-45 uşaq alınan məktəblər var. Bu birmənalı olaraq yanlışdır.Bu formada zehni fəaliyyət uşağı ancaq və ancaq yoracaqdır..
Məktəblilərin qidalanması da ayrı bir dərddir.Analar uşaqlara "qidalanma çantası" hazırlamalı,səhər yeməyi yemədən məktəbə göndərməməlidirlər. Ac və ya qeyri sağlam qidalanmaq yaddaşı zəiflədir.Birdə bu məktəb bufetlərində satılan,10 dəfə yanmış yağda bişirilən,iyi məktəbi bürüyən zəhərli "peraşkilərin" bişirilməsinə qadağa qoyulsa. Çipsi, pepsi,çörəkarası kolbasa, sosiska, şəkərli, şokoladlı qidaların satışına məktəblərdə qadağa qoyulmalıdır. Filankəsin biznesini yox,öz gələcəyimizi düşünək birazda.Hər şeydən öncə sağlıqdır.
Uğurlar!