img

Məktəb öncəsi check-up mütləqdir !

Uşaqların məktəbə hazırlığı sadəcə geyim və kitab-dəftər almaqla bitmir,MƏKTƏB ÖNCƏSİ CHEK-UP MÜTLƏQDİR!

Körpə vaxtı aylıq müayinələrdən keçmiş və peyvəndlərini almış uşaqların məktəbə getməzdən əvvəl sağlıq kontrolundan keçmələri onların həm dərs ili boyunca fiziki sağlam olmaları,həm də dərslərini yaxşı qavramaları baxımından çox önəmlidir.

İlk növbədə uşağın əksik peyvəndləri tamamlanmalı, görmə müayinəsi,eşitmə müayinəsi,stomotoloq baxışı, Pediatr baxışı, fiziki inkişaf dəyərləndirilməsi,son 1 ildə olunmamışsa Qan ümumi analiz,qanda dəmir, Sidik ümumi analiz,Nəcisin qurdlara görə müayinəsi,əlavə olaraq uşağın hər hansı sağlıq probleminə uyğun kontroldan keçməsi vacibdir.

Valideyn məktəbə gedən uşağın sağlıqlı qidalanmasına xüsusi fikir verməlidir.Səhər yeməyi mütləqdir!Səhər yemək yeməyən uşaqlar dərsi qavramaqda çətinlik çəkirlər.Bundan başqa məktəblinin bol meyvə-tərəvəz,balıq, süd, zn lə zəngin qidalar qəbul etməsinə çalışmalı,fast foodlardan uzaq tutulmalıdırlar.Yuxu və sağlam gün rejimini qurmaq məktəblinin dərslərini daha yaxşı qavraması üçün çox önəmlidir.Məktəbə gedən uşağa şəxsi gigiyena qaydalarını mütləq öyrətməli,tualet gigiyenası və düzgün əl yumaq vərdişini mütləq başa salmalısız. 

Sağlam olun.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img