İnkişafda olan uşaq orqanizması üçün beyin inkişafına müsbət tısir göstərərək yaddaşı gücləndirən qidaların bol - bol istifadə edilməsinə diqqət göstərmək lazımdır.Uşaqlarda yaddaşı gücləndirən əsas qidalar aşağıdakılardır.
-Balıq-İnsan orqanizması omega-3 ü sintez etmir və bu səbəbdən bu faydalı elementin kənardan alınması şərtdir.Ən güclü omeqa-3 qaynağı isə balıqdır.Beyin üçün çox faydalı olan omeqa-3 almaq üçün uşaqlara həftədə ən az 2 dəfə balıq verin!
-Yaşıl yarpaqlı tərəvəzlər-xüsusilə də ispanaq,brokoli yaddaş və diqqətin konsentrasiyası üçün uşaqlara əvəzedilməz qidalardır.
-Çiyələk,Böyürtkən-beyin hüceyrə zədələnməsindən övladınızı qoruyur.
-Çərəzlər-qoz,fındıq,fıstıq,badam həm güclü antioksidant həm də yaddaş gücləndiricilərdir.
-Qara şokolad-tərkibində üksək kakao olan qara şokolad yeyərkən insan orqanizmasında endorfin sintezi artır ki,endorfin də yaddaş və konsantrasiyanı gücləndirir.
-Süd və süd məhsulları-həm böyümə və inkişaf üçün həm də yaddaş üçün əvəzedilməz qidalardır.
-Yumurta-A.B,B12,D vitamin,dəmir,proteinlə zəngin yumurta yaddaşı gücləndirir.
-Taxıllar-buğda,düyü,qarabaşaq,və s kimi taxıl məhsullari da həmçinin yaddaşı gücləndirir.
Bütün bu yeyəcəkləri bol- bol övladınıza verərək,eyni zaman sağlam gün rejimi-yuxu və qida qursanız sağlam övlad yetişdirdiyinizə əmin ola bilərsiniz ! SAĞLAM OLUN!