ENUREZ-5 yaşdan yuxarı uşaqlarda,gecə sidiyə getmənin kontrol edilə bilməməsi səbəbindən qeyri-iradi sidik qaçırmadır.Enurez uşağın özünə güvənini azaldır,utanc hiss etməsinə və psixoloji pozğunluqlara səbəb olur.Bu səbəbdən enurezli uşaqlara ailələr ilk növbədə düzgün psixoloji yanaşmaya diqqət etməlidir,onların mənlik duyğusu zədələnməməlidir.
Enurez-5-6 yaş uşaqlarda ayda 2 və ya daha çox,6 yaş uşaqlarda isə ayda 1 və ya daha çox yerini islatma halıdır.% yaşa qədər yerini islatmalar isə enurez qəbul edilmir.
Enurez birincili ve ikincili olur.Birincili enurez adətən genetik,ailəvi,psixoloji,yuxu pozğunluqları,nokturnal poliuriyada (yatmazdan əvvəl çox su içmə,yemək yemə,və s)olur və belə uşaqlarda sidik kisəsi kontrolu demək olar ki qazanılmamışdır.İkincili enurez isə 6 ay quru gecələrdən sonra təkrar sidik qaçırması halıdır.Ən sıx 5-8 yaş arası uşaqlarda görülür və səbəb çox vaxt orqanik olur.Enurezə səbəb olan patoloji vəziyyətlər:
-Sidik kisəsinin yetərsiz boşalması:Alt sidik yolu obstruksiyası,neyrogen sidik kisəsi,disfunksional sidiyə getmə.
-Poliuriya-Sidiyə çox getmə-Şəkərli diabet,Şəkərsiz diabet və psixogen polidipsiya(çox su içməyə bağlı) ola bilər.
-Parazitlər-Enterobioz sidik yollarına qalxıb irritasiya səbəbi ilə enurezə səbəb olur.
-Sidik yolu infeksiyaları-çox vaxt səbəb sidik yolu infeksiyaları olur.
-Xroniki böyrək çatışmamazlığl.
-Neyroloji pozğunluqlar-Beyin yırtıqları,Qicolmalı uşaqlar,neyrogen sidik kisəsi.
-Üst hava yolu obstruksiyasi olan-Adenoid hiperplaziya(burunda ət)-yuxuda apnoelərə səbəb olduğu üçün uşaq sidik kisəsi üzərində kontrolunu itirir.
MÜALİCƏSİ:Ən önəmli addım əvvəlcə uşağı müalicəyə həvəsləndirməkdir.Bu məqsədlə əvvəlcə uşaqla isti münasibətə girmək,ailənin dəstəyi,bu problemin həll ediləcəyinə dair uşağa güvən vermək,utanc hissini aradan qaldirmaq lazimdir.Yatmazdan əvvəl uşaq sidiyə getməli,sulu byeyəcəklər və maye qəbul etməməli,bir təqvim quraraq quru və yaş gecələri təqvimdə qeyd edərərk.quru gecələr üçün uşaq mükafatlandırılmalı,yaş gecələr üçün isə qətiyyən cəzalandırılmamlıdır.Bunlarla bərabər Alarm üsulu uğurlu nəticə almaqda çox faydalıdır və bu müalicədən sonra problem çox az hallarda təkrarlana bilir.Yuxarıdakı yöntəmlərlə bərabər dərman müalicəsi ilə ailə və uşaq bu problemdən uğurla xilas ola bilir.SAĞLAM OLUN!