img

Uşaqlarda son zamanlar çox yayılmış boğucu öskürəklərin səbəbi nədir ?

Uşaqlarda son zamanlar çox yayılmış boğucu öskürəklərin səbəbi nədir?

Əsasən gecə saatlarında, xüsusilə qapalı ortamlarda tutmaşəkilli,boğucu,tutma sonunda ögümə,bəzən qusma ilə bitən öskürəklər son zamanlar çox yayılıb.Bu öskürəklər yoluxucudur.Adətən evdə bir uşaqda başlayıb,digərinə keçən bu öskürəklər infeksion mənşəli olub,səbəbi yalançı göy öskürək bəzən də elə göy öskürəyin özüdür.Bu infeksiyada öskürəklər başlanğıcda adi öskürək kimi başlayıb sonradan belə tutmalara keçə bilər.Aparılan çoxsaylı müalicələrə baxmayaraq bu öskürəklərin müddəti uzanır və bütün digər infeksion xəstəliklərdə olduğu kimi yalançı göy öskürək də öz müddətini başa vurduqdan sonra sağalır.Körpələr hətta xəstəxana şəraitində müalicə almalı ola bilirlər

Müalicəsi; Törədicisi Bordatella Parapertussis bakteriya olduğu üçün antibiotik vacibdir.Bəlğəmgətiricilər qıcığı daha da artırdığı üçün məsləhət deyil.İnhalyasiya və qıcığı azaldan dərmanlarla köməkedici müalicə və valideynə səbr tövsiyyə edilir.

Qorunma;Xəstə uşaq ilə kontktdan uzaq tutmaq və göy öskürəyə görə peyvəndi mütləq etdirmək lazımdır.Sağlam olun!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img