img

Uşaqlarda bağça yaşı

Uşaqlarda bağça yaşı 2.5-3 yaş nəzərdə tutulur. Sərbəst danışan, yeməyini sərbəst yeməyi bacaran uşaqlar artıq bağçaya gedə bilər. Bağçaya yeni gedən uşaqların bu mühitə alışması bir az zaman ala bilər. Adaptasiya müddəti adətən ən çox 1-2 ay çəkir.

Bağça seçimində valideyn ilk növbədə orda olan nizam intizama, səliqəyə, qidalanma menyusuna, bağçanın günlük rejiminin düzgün qurulub-qurulmamasına, bağçanın həyətyanı sahəsinin olub-olmamasına, bağçanın evə yaxın olmasına, dayə və müəllimələrin uşaqlara qarşı səbrli, diqqətli və qayğıkeş olub- olmamasına fikir verməlidirlər.

Bağçaya getmək uşağın psixoloji, fiziki və nitq inkişafına müsbət stimuldur.

Sadalanan faktorlardan başqa bağçaya gedən uşağın sağlamlığı ayrı bir mövzudur. Yaxşı olar ki, bağçaya getməzdən öncə uşaqlar tam peyvəndlərini almış olsunlar. Bağçaya gedən uşaqlar ildə 7-8 dəfə üst tənəffüs yolu infeksiyası keçirə bilər ki, valideyn bu hala psixoloji olaraq hazırlıqlı olmalıdırlar.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img