Uşaqlara yalnışlıqla tez-tez qoyulan diaqnozlardan biri də Kəllədaxili təzyiqdir!Bu diaqnoz əsasən körpə yaş uşaqlara qoyulur.Çox ağlayan,yuxusuz olan,narahat uşaqlara bu "diaqnoz"adı altında çoxsaylı yersiz müalicələr aparılır.Əlamətləri kimi əsasən,Başını balışa çox sürtən,qışqırıb ağlayan,dilini tez-tez bayıra çıxaran,gözündə cüzi çəplik olan,əmgəyi də balaca olan uşaqlarda "Kəllədaxili təzyiqin yüksəlməsi" adı altında çox təhlükəli preparatlar istifadə edilir ki,bu preparatlar uşaq orqanizmasında çox ciddi fəsadlara səbəb ola bilir.
"Müalicəsində" istifadə edilən preparatlar: Fenobarbital,Qlüferal- Qicolmaəleyhinə, Veroşpiron,Diakarb isə -Sidikqovucu preparatlardır.Bu preparatların ciddi yan təsirləri vardır.Bəs tibbdə bu termin nə üçün var?.Əslində "Kəllədaxili təzyiq" nədir? Əlamətləri hansılardır?
KƏLLƏDAXİLİ TƏZYİQ- Beyin mayesi-likvorun yaratdığı təzyiqdir.Beyində likvor dövranına hər hansı maneçilik yaranarsa-obstruksiya,beyin şişi,kista,və s, və ya Likvorun istehsalı artmışsa likvor yaratdığı təzyiq yəni beyin təzyiqi yüksəlir.Kəllədaxili təzyiq bir diaqnoz deyildir,ciddi nevroloji xəstəliklərdə görülə bilən simptomokompleksdir.Kəllədaxili təzyiq aşağıdakı xəstəliklər zamanı arta bilər.
-Beyin şişləri.
-Hidrocefaliya.
-Beyindaxili qansızma.
-Meningit.
-Ensefalit və s.
Belə xəstəliyi olan uşaqlar çox ağır olur və mütləq təcili əməliyyat və müalicə tələb edilir.Anlaşılan,hər çox ağlayan,dilini tez tez bayıra çıxaran, narahat uşaqlarda əslində bu ciddi xəstəliklər yoxdur.Bu cəfəngiyyat diaqnozlarla boşuna körpələrinizi zəhərləməyin.SAĞLAM OLUN!