img

"Nilayin dişi çixdi" dişlər nə zaman çıxır?

Körpələrdə diş çıxmaya hazırlıq hələ ana bətnində ikən başlayır.Siz hamilə ikən körpənizin irəlidə süd dişlərinə çevriləcək diş kökləri əmələ gəlir.Buna görədə "körpəmin dişi çıxmır" deyə narahat olan Analara sualım hər zaman belə olur;"İndiyə kimi dişsiz uşaq görmüsüz?))" Və yaxud,"Uşağın dişinin çıxmasına kömək etmək məqsədilə" istifadə edilən bir sıra calsium preparatlarıda yersizdir.Çünki,diş çıxarma prosesi ilə qandakı calsium səviyyəsi arasında əıaqə yoxdur.Boşuna belə dərmanlarla körpənizi zəhərləməyin.

Körpələrdə ilk süd dişləri adətən 5-9 ay arası çıxar.Lakin ilk dişlərini 3-4 ayda da,12-14 ayda da çıxara bilən normal  uşaqlar var.Bu durumdan qətiyyən narahat olmaq lazım deyil.Əsas o ki nə vaxt çıxsa da, üstündə diş şəkli olan tortla bu durumu mütləq qeyd etməyi aman unutmayin!))
Uşaqlarda adətən ilk orta kəsici dişlər,sonra yan kəsici dişlər,sonra köpək dişlər,ən sonda isə yəni 2 yaşa gəldiyində alt və üst çənədə olan azı dişləri çıxar.Beləliklə 3 yaşa gəldiyində uşaqda 20 süd dişləri olar və bu dişlər 6 yaşa qədər körpənizlə qalır və sonra yerini daimi dişlərə verər.
Diş çıxması 15 aya qədər olmamış uşaqlarda həkim tərəfindən bir sıra müayinələr istənə bilər.

SAĞLAM OLUN!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img