İnsanların peyvəndə olan məsuliyyəti, peyvəndin mahiyyətini dərk etməsi, qonum-qonşu deyəni yox,həkimin məsləhətini ön görməsi, övladının sağlığına önəm verməsi,onu ola biləcək hər bir riskdən tibbin imkanlarından maximum istifadə edərək qoruma səyi nəticəsində bu gün Qızılça Azərbaycanda yoxdur. Həm də bəzi insanların "Həkim xanım,peyvənd boş şeydir ,Allah qoruyur,qoruyacaq" dediyi kimi,Allah qoruduğu üçün bu gün biz Qızılça epidemiyasını yaşamırıq. Elə belə deyirəm ki, bu xəstəlik haqqında məlumatınız olsun.Birdən də....hər şey ola bilər.
QIZILÇA- viruslar tərəfindən törədilən, təxminən 100 uşaqdan 30 da ağırlaşma( pnevmoniya-sətəlcəm,ensefalit-beyin iltihabı,1000 uşaqdan 1 də korluq) ilə gedən, səpgili infeksion xəstəlikdir. Qızılca xəstəliyi keçirən insan səpginin başlamasından 4 gün əvvəldən artıq yoluxucudur. Yəni qızdırmalı uşağın çöpü qalıb deyə çöpçüyə aparsaz,və bu uşaq sonradan qızılça olmuş olsa, deməli bu uşaq çöpçünün qapısında gözləyən filan qədər uşağı yoluxduracaq,üstəlik çöpçü xalanın tüpürcəyi də son nöqtəni qoyacaq. "Prosta" halsız görünən ,bəlkə də adi qrip keçirən uşağı çöpçü xalanın evindən belə bir ərmağanla gətirmiş olacaqsınız.Və ya, qızdırmalı uşağın əlinə panadolunu verib,"əşşi heç nə olmaz" deyib bağçaya və ya məktəbə göndərsəniz də eyni hal baş vermiş olacaq.Sıx sıx verdiyiniz suallardan olan "Uşağı necə edim ki,xəstələnməsin?"sualının cavabını da burdan təxmin etmiş olarsınız. Uzatmadan, əlamətləri;İlk günlər yüksək qızdırma,quru öskürək,gözdə qızarıqlıq,ağrı,işıqdan qorxma,halsızlıq,ardınca əvvəl üzdən başlayıb,sonra bədənə,sonra da qollara,ayaqlara yayılan səpgi ilə gedən xəstəlikdir.Qızılçanın digər ciddi ağırlaşmalarından SSPE dediyimiz,keçirilmiş infeksiyadan 7-10 il sonra beyində gedən irəliləyən xroniki ensefalit,beyin iltihabıdır.Digər ağırlaşma isə Korluq.
Qızılça virusu həmçinin gözün kornea epitel hüceyrələrini zədələyib,korluğa səbəb ola bilər. Bu səbəbdən qızılca keçirən hər insana bu hüceyrələri qorumaq üçün Vitamin A mütləq verilməlidir.Qızılca pnevmoniya ilə də ağırlaşa bilər.Virusun səbəb olduğu sətəlcəm.Bu qədər ciddi ağırlaşmalara qarşı iş orasıdır ki, tibb dünyası bu virusu müalicə edə bilmir.Müalicəsi olmayan bir xəstəlik olduğu üçün,milyonlarla insan bu xəstəlikdən ağırlaşıb öldüyü üçün ,bir çözüm tapmaq vacib idi və möcüzəvi peyvəndi kəşf etdilər ki, heç olmasa bu xəstəlikdən qoruyaq.Qorunma yalnız və yalnız PEYVƏND idi. Hansı ki,peyvəndsiz bir uşaq bu infeksiya ilə təmas olarsa 100 % bu xəstəliyi keçirəcək.Peyvənd olunmuş isə ya keçirməyəcək, ya da çox yüngül keçirəcək.Peyvənd 1 yaş və 6 yaşda olan QPM peyvəndidir.